Modern.az

20 il bizi Qarabağdan uzaqlaşdırdımı?

20 il bizi Qarabağdan uzaqlaşdırdımı?

Təhsil

28 Aprel 2012, 11:29

Ökə başçısının sərəncamına əsasən bu il Şuşanın Ermənistan tərəfindən işğal edilməsinin 20 illiyi dövlət səviyyəsində qeyd olunacaq.
Təbii ki, 20 il çox böyük bir tarixdir. Belə düşüncələr var ki, geridə qalan illər bizi doğma torpaqlarımızdan uzaqlaşdırıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə belə düşünmür. O, hesab edir ki, 20 il az vaxt deyil: “Bu o demək deyil ki, geridə qalan 20 il bizi torpaqlarımızdan ayırır. Qeyd edim ki, Şuşanın 20 illiyi ilə bağlı sərəncam imzalamaq o qədər də asan məsələ deyil. Azərbaycan dövlətinin qəbul etdiyi qərarlar hər zaman xoş məramlı olur. Bizim xənayətkar qonşularımızın 20 ildən artıq başımıza gətirdikləri bu təcavüzdən dolayı bəzən qəbul etdiyimiz qanunlar belə kədərli məsələlərlə bağlı olur. Bu baxımdan Şuşanın işğalı ilə bağlı sərəncamın çox böyük siyasi tarixi əhəmiyyəti var. 20 il bir igidin ömrüdür. Bu istiqamətdə prezidentin sərəncamı olmasa da biz hər il mayın 8-də ölkəmizdə müxtəlif tədbirlər həyata keçirrik. Amma hesab edirəm ki, Şuşanın 20 illiyi ilə bağlı sərəncamın tam başqa bir siyasi qiyməti var. Mən bu baxımdan cənab Prezidentə minnətdarlığımı bildirirəm. Dünyada mövcud olan ən yüksək səviyyəli təşkilatlar tərəfindən qətnamələrin qəbul olunmasına nail olmuşuq. Ermənilərin işğalçı dövlət kimi tanınması ilə bağlı biz də öz növbəmizdə ciddi işlər görmüşük. Lakin düşmən hələ də torpaqlarımızdan geri çəkilməyib. Azərbaycan xalqı öz haqlı səsini dünya ictaimaiyyətinə həm dövlət səviyyəsində, həm də xalq səviyyəsində çatdırmağa çalışır. Təsəvvür edin Şuşanın işğalı zamanı dünyaya gələn gəncliyin artıq 20 yaşı var. Onlar bu hadisələri gözləri ilə görməsə də, orada yaşamasalar da doğma torpaqlarının həsrəti ilə yaşayırlar. Biz dünyanın bütün ölkələri ilə işləməliyik. BMT çərçivəsində də biz bu istiqamətdə ciddi addımlar atırıq. Qısa müddət ərzində üç ölkənin Xocalı soyqırımını rəsmən tanıtmasına nail olduq. Bu çox Azərbaycan üçün önəmli bir hadisədir. Türkiyə ilə Azərbaycanın gücü Frasnsa Senatında da Sarkozinin israrlı qərarına qarşı çıxa bildi. Bu nailiyyətlərin qazanılmasında Heydər Əliyev Fondunun da böyük rolu var. Aparılan uğurlu kampaniya nəticəsində Pakistan, Meksika və Kolumbiyada Xocalı həqiqətləri tanındı. Bildiyimiz kimi ermənilər 2015-ci ildə “erməni soyqırımı”nın 100 illiyinə hazırlaşırlar. Biz buna görə namərd qonşuya fürsət verməməliyik”.

Millət vəkili  bu istiqamətdə cəmiyyətin fəaliyyərinə də qiymət verib: “Azərbaycanda çox dəyərli, vətənpərəvər bir gənclik formalaşıb. Onlar dövlətçiliyimiz ətrafında sıx birləşib. Azərbaycan xalqı üçün öz səlahiyyətləri çərçivəsində ciddi işlər görürlər. Gənclərin köməyi ilə “Xocalı Ədalət” kampaniyası dünyanın bir çox ölkələrində erməni işğalını pisləyərək insanların diqqətinə çatdırdı. Təkcə Azərbaycanda yaşayan insalar deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Qarabağla bağlı daim dövlətimizə dəstək olmağa çalışırlar. Bu baxımdan mən xalqımızın, xüsusən də gəncliyimizin Qarabağ istəyini çox müsbət qiymətləndirirəm”.

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu