Modern.az

İki nazir elm sahəsi üzrə Dövlət Mükafatına təqdim edilib

İki nazir elm sahəsi üzrə Dövlət Mükafatına təqdim edilib

Təhsil

28 Aprel 2012, 13:19

Azərbaycanın iki yüksək vəzifəli dövlət məmurunun adı elm, mədəniyyət və ədəbiyyat üzrə 2012-ci ilin Dövlət mükafatına təqdim olunub. Modern.az bildirir ki, Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatları Komissiyasının açıqladığı siyahıda  müdafiə sənayesi naziri Yavər Camalov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun da adı var.

Nazir Yavər Camalovun namizədliyi  “Döyüş sursatlarının yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması" nominasiya üzrə irəli sürülüb.

Qərib Məmmədov isə "Geodeziya və kartoqrafiyanın əsasları" dərsliyinə görə mükafatçılar sırasında düşüb.  

Yavər Camalovun namizədliyini Müdafiə Sənayesi Nazirliyi, Q. Məmmədovun namizədliyini isə Azərbaycan Memarlıq və İnşaat Universiteti təqdim edib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu