Modern.az

Prezident Niderland Kraliçasını təbrik edib

Prezident Niderland Kraliçasını təbrik edib

Təhsil

28 Aprel 2012, 15:51

Azərbaycan prezident İlham Əliyev Niderland Kraliçası Ülyahəzrət Beatriksi milli bayramları olan Kraliça günü münasibəti ilə təbrik edib. Prezidentin təbrik məktubunda deyilir:

-“Milli bayramınız – Kraliça günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

 Əminəm ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

 Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və rifah diləyirəm”

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu