Modern.az

Nazirlik Bakıda aşan sərnişin avtobusu barədə məlumat yayıb

Nazirlik Bakıda aşan sərnişin avtobusu barədə məlumat yayıb

28 Aprel 2012, 17:08

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda sərnişin avtobusun aşması nəticəsində yaralanan şəxslərlə bağlı məlumat yayıb. Modern.az FHN-nə istinadən xəbər verir ki,  nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan  məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “Daewoo” markalı avtobus küvetə aşaraq, sürücü və 2 nəfər sərnişin xəsarət alıb. Xilasedicilər yaralıları aidiyyəti üzrə təhvil verib və müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Qeyd edək ki, hadisə şahidlərinin dediylərinə görə bu gün günorta saatlarında Biləcəri yolunda sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər yaralanıb. Yaralılar ilkin olaraq Biləcəri qəsəbəsində  Respublika  Dəmiryolu Xəstəxanasına yerləşdiriliblər. Onlar ilkin tibbi yardım göstərildikdən sonra profil üzrə digər xəstəxanalara göndəriliblər.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu