Modern.az

Avropa Azərbaycanlıları Konqresinin yeni prezidenti seçildi - FOTO

Avropa Azərbaycanlıları Konqresinin yeni prezidenti seçildi - FOTO

29 Aprel 2012, 20:07


Aprelin 29-da Avorpa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayı Berlinin “Konkord” otelinin tədbirlər salonunda keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, qurultayın işində Avropanın müxtəlif  ölkələrindən 61 Azərbaycan diaspor təşkilatı iştirak edib.

Yekunda Avropa Azərbaycanlıları Konqresinin qətnaməsi, Avropa Azərbaycanlıları Konqresi IV Qurultayının nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müraciəti və digər sənədlər qəbul edilib.

AAK-ın İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın I vitse prezidentləri və vitse-prezidentləri seçilib. AAK iki nəfər I vitse prezidenti olaraq Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar və 5 nəfər vitse prezidenti – Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, “Bakı” klubunun həmsədri Eldar Əfəndiyev, ÜAK-nin Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev seçiliblər.

Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu