YAP Zərdab rayon təşkilatının VII konfransı keçirilib. Modern.az xəbər verir ki, aprelin 28-də keçirilən VII konfransında YAP Zərdab rayon təşkilatının sədri Abdullayev Tofiq hesabat məruzəsi ilə cıxış edərək, təşkilatın hesabat dövrü ərzində gördüyü işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Konfransda YAP İcra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin deputatı Jalə Əliyeva, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında geniş abadlıq-quruculuq işlərindən və uğurlu islahatların nəticələrindən bəhs ediblər.
Müzakirədən sonra təşkilati məsələlərə baxılıb. Müzakirələr zamanı partiyanın rayon təşkilatının sədri Tofiq Abdullayev vəzifəsindən kənarlaşdırılıb. Əvəzində isə Pərvin Mahmudova YAP Zərdab rayon təşkilatının yeni sədri seçilib.
Konfransda həmçinin, rayon təşkilatının 37 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti və 5 nəfərlik nəzarət-təftiş qrupu müəyyənləşibdir.
Modern.az