İctimai Palata 6 may normal yerr ayrılması üşün ATƏT-in Bakı Ofisinin rəhbərinə müraciət edəcək.
Modern.az-ın məlumatına görə, bu fikirləri Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın bu gün keçirilən mətbuat konfrasında deyib. Partiya başqanının sözlərinə görə, İP-in Koordinasiya Şurasının rəhbərliyi yaxın günlərdə məsələ ilə bağlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşəcək. Görüşdə 6 may mitinqinə normal yer ayrılması məsələsinin müzakirə olunacağı bildirilib. İ.Qəmbər hesab edir ki, K.Tarqay hakimiyyət nümayəndələri ilə görüşüb bu məsələni həlli üçün danışıqlar aparacaq.
Qeyd edək ki, İctimai Palatanın bu gün keçirdiyi mətbuat konfransında Rafiq Manaflı və Müsavat başqanı İsa Qəmbər çıxış edib.
Konfransda 6 may mitinqinə yer ayrılması məqsədilə danışıqlar aparmaq üçün İP üzvləri Mehriban Vəzir, Vidadi Mirkamal və Qələndər Muxtarlıdan ibarət komissiya yaradıldığı bildirilib.
Modern.az