Modern.az

Onlar 1 Mayı necə qeyd edəcəklər?

Onlar 1 Mayı necə qeyd edəcəklər?

30 Aprel 2012, 14:24

Sabah 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günüdür. Bununla bağlı dünyanın bir sıra ölkələrində, o cümlədən, Türkiyə və Rusiyada qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları, solçu partiyalar kütləvi tədbirlər keçiriləcək. 1 May tədbirlərinin mərkəzinin isə İstanbul olacağı gözlənilir.

Bəs, Azərbaycanda solçu partiyalar, təşkilatlar, həmkarlar ittifaqları 1 Mayı necə qeyd edəcəklər?

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, hansı təşkilat, partiya bu günü necə qeyd edirsə etsin. A.Əlizadə “biz öz partiyamız daxilində 1 mayı qeyd edəcəyik” deyə əlavə edib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının sədri Sahib Məmmədov solçu partiyaların bu günü qeyd edəcəklərini bildirib. Həmçinin S. Məmmədov qeyd edib ki, 1 may Zəhmətkeşlər günü dövlət səviyyəsində qeyd edilməlidir.
Bizdə ayrı-ayrı peşələrin günü var, yəni ədliyyə işçilərinin günü, polislərin günü və s. Sadə işçilərin də günü olmalıdır” deyə, S.Məmmədov bildidib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından
isə 1 mayın ölkəmizdə rəsmi bayram olmadığını əsas gətirirək, həmkarlar ittifaqlarının onu rəsmi şəkildə qeyd etmədiyini bildiriblər.

Sevinc İltifatqızı
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu