Nazirlik sabahın hava proqnozunu açıqlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 01-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16 dərəcə isti, günün birinci yarısında 24-28 dərəcə isti, günün ikinci yarısında 18-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Mayın 01-03-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Modern.az