Modern.az-ın məlumatına görə, polsilər Neft Akademiyası ətrafında toplaşan gəncləri güc tətbiq etməklə dağıdıblar. Aksiya keçirə bilməyən gənclər qərənfilləri yolun hərəkət hissəsinə səpiblər. Bu zaman avtomobil sürücüləri terror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq güllərin üstündən keçməyiblər. Nəticədə yolda tıxac əmələ gəlib. Hadisə yerində olan polislər tıxacın aradan qaldırılması üçün xeyli çalışmalı olublar.
|
|
|
|
|
|
|
|