Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada qərarların icra vəziyyəti, təşkilati məsələlər, ictimai siyası vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
KXCP mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sessiyanın təşkilatı məsələlər üzrə bölümündə partiya sədrinin təqdimatı ilə qərarların icra vəziyyəti bağlı məsələnin müzakirəsi zamanı ötən müddətdə görülən işlər barədə məlumat verilib.
Sessiyanın təşkilatı məsələlər üzrə bölümündə İlham Hüseynli KXCP Ali Məclis sədrinin müavini seçilib.
İctimai siyasi vəziyyətlə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu məruzə edb. Məruzədə ölkədəki ictimai-siyasi vəziyyət araşdırılaraq qiymətləndirilib. Məruzə ətrafında Ali Məclis və İcra Aparatının üzvləri, şöbə sədrləri, gənclər və digər iştirakçılar tərəfindən müazakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq “Przezident seçkiləri ilə bağlı KXCP Qurultayının qərarlarının icrasının gücləndirilməsi” və “KXCP-nin 2012-ci il Fəaliyyət istiqamətlərinə uyğun olaraq növbəti Məclisə qədər Fəaliyyət istiqamətlərini icra edən sturukturların uyğun orqanlarda illik hesabatlarının dinlənilməsi və qiymətləndirilməsi” ilə bağlı qərarlar qəbul edilib.
Ali Məclis KXCP Ali Məclisinin katibi Oqtay Gülalıyevin qondarma cinayət işi əsasında həbsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilib ki, “KXCP partiya üzvü Oqtay Gülalıyevin həbsini siyasi xarakterli hesab edərək onun üzərinə qoyulmuş saxta ittihamı kəskin pisləyir, insan haqlarını müdafiə təşkiltatlarını, ictimaiyyəti onun müdafiəsinə çağırır.
KXCP hakimiyyətdən Oqtay Gülalıyev barəsində açılmış qondarma cinayət işinə xitam verməyi, daşqınlardan ziyan çəkmiş vətəndaşlara Sabirabad polis idarəsi tərəfindən edilən zorakılıqlara son qoyulmasını və qanuna zidd əməlləri törədənlərin məsuliyyətə cəlb oluhmasını tələb edir”.
KXCP Ali Məclisinin sessiyası“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilib ki, parlament vasitəsilə təkpartiyalı siyasi sistem yaratmağı hədəf almış hakimiyyət “Siyasi Partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər paketini qəbul etməklə müxalifət partiyalarının açıq şəkildə sıxışdırılmasına start verib.
Modern.az