Modern.az

İqbal Ağazadə Milli Məclisdə 2 aprel məhbuslarının məsələsini qaldırdı

İqbal Ağazadə Milli Məclisdə 2 aprel məhbuslarının məsələsini qaldırdı

1 May 2012, 14:52

Milli Məclisin bügünkü iclasında danışan deputat İqbal Ağazadə bəzi həmkarlarının Almaniya mətbuatında Azərbaycan haqaında dərc olunan yazılara görə bu qədər hay-küy salmasını anlamadığını deyib:
”Almaniyada da, başqa ölkələrdə də azad mətbuat var, problemlərə fərqli münasibət bəsləyirlər. Bir mətbuat orqanında dərc olunan yazını, yaxud bir deputatın, ayrı-ayrı qurumların müxtəlif məsələlərlə bağlı dediklərindən niyə bu qədər narahatlıq keçirirsiniz?”.

İqbal Ağazadə bildirib ki, ayrı-ayrı ölkələrlə qarşıdurmaya getmək Azərbaycanın ziyanınadır:

Deputat bəzi həmkarlarının siyasi məhbusları terrorçu, qatil adlandırmasına etirazını bildirib:

“Ola bilər ki, siyasi məhbuslar arasında terrorçuluqda ittiham olunanlar da olsun. Millət, siyasi dairələr olaraq onları bilirsiniz niyə müdafiə edirik? Çünki onların arasında ötən ilin 2 aprel aksiyasına görə həbs olunan siyasi məhbuslar var. Onlar həqiqətən də siyasi məhbusdurlar. Bakı Şəhər İcra Hakimiyyətinin günahı və məhkəmələrin doğru olmayan yanaşması nəticəsində belə olub”.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu