Modern.az

Heydər Əliyev prospektindəki keçiddə bomba həyəcanı

Heydər Əliyev prospektindəki keçiddə bomba həyəcanı

2 May 2012, 19:03

Modern.az-ın məlumatına görə, bir qədər öncə Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki yeraltı piyada keçidə bomba qoyulduğu barədə polisə verilən xəbər aranı qarışdırıb. Az öncə əraziyə çağırılan polis qüvvələri yeraltı piyada keçidini bağlayıb, oradan keçən insanları evakuasiya ediblər.
Hazırda Fövqəladı Hallar Nazirliyinin xüsusi briqadası da hadisə yerində araşdırma aparır. Piyada keçidinə istiqamətlənmiş adamların yolu keçməsi Heydər Əliyev prospektinin digər hissəsində nəqliyyatın hərəkətini müvəqqəti dayandırmaqla təmin edilir.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu