Modern.az

TQDK 62779 abituriyentin ərizəsini təsdiq edib

TQDK 62779 abituriyentin ərizəsini təsdiq edib

Təhsil

4 May 2012, 10:09

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bu günə kimi 62779 abituriyentin elektron ərizəsi təsdiq edilib.

Qeyd edək ki, I qrup üzrə bu rəqəm 19711 (16905 nəfər Azərbaycan, 2806 nəfər rus bölməsi), II qrup üzrə 14786 (12172 nəfər Azərbaycan, 2614 nəfər rus bölməsi), III qrup üzrə 19797 (17148 nəfər Azərbaycan, 2649 nəfər rus bölməsi) və IV qrup üzrə 8485 (7462 nəfər Azərbaycan, 1023 nəfər rus bölməsi) nəfər elektron ərizəsini artıq təsdiqləyib. Ümumilikdə isə ərizəsi təsdiqlənən abituriyentlərin 53687-si Azərbaycan, 9092-si rus bölməsinin payına düşür.

Xatırladaq ki, abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələri doldurmalı və mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu