Modern.az

İctimai Palatanın sessiyası bəyanat qəbul edib

İctimai Palatanın sessiyası bəyanat qəbul edib

Təhsil

5 May 2012, 13:49

Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası başlanıb. Bu barədə Modern.az-a AXCP mətbuat xidmətindən bildirlib.  İP-in sessiyasına Koordinasiya Şurasının üzvü Rahim Hacıyev sədrlik edir.

Gündəlikdə duran məsələ ölkədəki ictimai-siyasi durum, qarşıda duran dövrdə İctimai Palata qarşısında duran vəzifələr və cari məsələlərdir. AXCP sədri Əli Kərimli çıxış edib. O, İP-in keçirdiyi  kütləvi mitinqlər barədə danışıb. Ə. Kərimli bildirib ki, keçirilən mitinqlər dünya mediaysının gündəmində olub. AXCP sədri icazəli aksiyaya törədilən maneləri pisləyib.

Əli Kərimli bildirib ki, mayın 7-də icazə verilməsə, Bakı Şəhər İcar Hakimiyyətinin qarşısında aksiya keçiriləcək.

İclas davam edir..

***

Sessiyada vicdan məhbuslari ilə əlaqədar bəyanat qəbul olunub. Bəyanatda hüquq müdafiəçiləri Oqtay Gülalıyev və Taleh Xasməmmədovun, jurnalistlər Anar Bayramlı və Ramin Bayramovun həbsi ilə vicdan məhbuslarının sayının 18-ə qalxdığı vurğulanır: “AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun və bir neçə digər şəxsin həbs edilməsi vicdan məhbuslarının sayının daha da artacağı ehtimalını yaradır”.

Palatanın fikrincə, beynəlxalq mahnı müsabiqəsi ərəfəsində vicdan məhbuslarının azad edilməsi Azərbaycan hakimiyyətinin sülh və barışığa xidməti kimi qəbul oluna bilərdi: “İctimai Palata hakimiyyəti qanunsuz və ədalətsiz qərarları haqqında ciddi düşünməyə, dünyada sülh və barışığa töhfə verməyə və vicdan məhbuslarını dərhal azad etməyə çağırır. Əks təqdirdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkədə yarana biləcək gərginliyin bütün məsuliyyəti haklimiyyətin üzərinə düşür”.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu