Modern.az

Əli Həsənov: “Avropa Yayım Birliyinə Azərbaycanla bağlı ciddi təzyiqlər olunur”

Əli Həsənov: “Avropa Yayım Birliyinə Azərbaycanla bağlı ciddi təzyiqlər olunur”

Təhsil

5 May 2012, 14:22

“Təəssüflər olsun ki, son zamanlar Qərb mətbuatı Azərbaycanı həddən artıq qeyri-demokratik, siyasi plüralizmin olmadığı, insan haqlarının pozulduğu, mətbuat söz azadlığının təyziqlər altında olduğu ilə bağlı rəy yaradırlar”

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Cenevrədə ciddi müzakirələr keçiridiyini qeyd edən Ə.Həsənov bildirib ki, Avropa Yayım Birliyinə Azərbaycana təzyiqlər göstərmək üçün ciddi təzyiqlər olur.

 “Təzyiqlər var ki, xarici təşkilatların, daxildə bəzi qüvvələrin, siyasi partiyaların, QHT-lərin, jurnalistlərin Azərbaycanla bağlı təyziqlərinin reallaşmasına yardım göstərsin. Azərbaycana təyziq göstərərək bu və digər məsələlərdə Azərbaycanı güzəştə sövq eləsin.

Cenevrədə çıxışlarım zamanı mən onları inandırmağa çalışdım ki, Azərbaycanda söz-mətbuat azadlığının, vətəndaş cəmiyyətinin vəziyyəti, insan  hüquqlarının vəziyyəti Avropa ölkələrinin heç birindən geridə deyil”-deyə Ə.Həsənov vurğulayıb.

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, lakin bəzi hallar var ki, onlardan heç bir cəmiyyət sığortalanmayıb:

“Belə hallara qarşı Azərbaycan hakimiyyəti qərarlıdır, mübarizə aparır, bundan sonra da aparacaq. Dünyanın hər yerində qətlə yetirilən və təyziq göstərilən jurnalistlər var. Amma dövlətin iradəsi demokratiya, insan haqlarına istiqamətlənibsə bu dövlətdə söz-mətbuat azadlığının vəziyyəti normal olmalıdır. Cenevrədə ümumi qənaət ondan ibarətdir ki, Eurovisionunn Azərbaycanda keçirilməsini siyasiləşdirilməsin, bu hansısa proseslərə bağlanmasın, Eurovision keşçirlsin.”.

Azərbaycana gələn bütün jurnalistlərə lazımı şəraitin yaradılacağını bildirən Ə.Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti Qərb ölkələləri ilə qarşılıqlı əməkdaşlığı davam etdirərək jurnalistlərin peşəkarlaşması istiqamətində səylərini davam etdirəcək

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu