Modern.az

İlqar Muradov və Könül Xasıyeva YAP-a üzv oldular

İlqar Muradov və Könül Xasıyeva YAP-a üzv oldular

Təhsil

7 May 2012, 18:27

Modern.az-ın məlumatına görə, əməkdar artistlər Könül Xasıyeva və İlqar Muradov Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul olunub. YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Azərbaycanın Əməkdar artistləri Könül Xasıyevaya və İlqar Muradova üzvlük vəsiqələrini təqdim edib.

Öz növbəsində Əməkdar artistlər Könül Xasıyeva və İlqar Muradov Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur hissi keçirdiklərini və partiyanın ideyalarına sadiq olacaqlarını vurğulayıblar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza