Modern.az xəbər verir ki, mayın 7-də "Texnikabank" Açıq Səhmdar Cəmiyyətində səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda qurumun İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Bankdan verilən məlumata görə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimi formalaşıb:
Mansurov Ülvi Eldar oğlu - İdarə Heyətinin sədri
Səfərov Yaşar Xasay oğlu - İdarə Heyəti sədrinin birinci müavini
Gəray-zadə Ayaz Tofik oğlu - İdarə Heyəti sədrinin müavini
Hüseynov Orxan Ziyad oğlu - İdarə Heyətinin üzvü
Hacıyev Cəmin Mikayıl oğlu - İdarə Heyətinin üzvü