Modern.az

QHT-lər Antikorrupsiya və Açıq Hökumət Təşəbbüsləri Şəbəkəsi yaradır

QHT-lər Antikorrupsiya və Açıq Hökumət Təşəbbüsləri Şəbəkəsi yaradır

Təhsil

7 May 2012, 20:54

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin bu gün keçirilən toplantısında Açıq hökumətin təşviqi üzrə Azərbaycan Respublikasının Milli Fəaliyyət Planının (2012 – 2014-cü illər) layihəsi müzakirə edilib. Bu barədə Modern.az-a Şəbəkənin mətbuat xidmətindən bildirilib. Toplantıya Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin əməkdaşı Vüsal Hüseynov və Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə də qatılıblar.

Şəbəkəninin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, 2011-ci ilin sentyabr ayında Azərbaycan Beynəlxalq "Açıq Hökumət" Tərəfdaşlığı Təşəbbüsünə qoşulub. 
Açıq Hökümət Tərəfdaşlığı şəffaflığın artırılrması, vətəndaşların iştirakının gücləndirilməsi, korrupsiya ilə mübarizə və daha yaxşı idarəçilik üçün yeni texnologiyalardan istifadə üzrə hökümətin konkret öhdəliklərinə zəmanət verən çoxtərəfli təşəbbüsdür. Tərəfdaşlığa artıq 60-dan çox ölkə  o cümlədən Türkiyə, Ukrayna, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, İspaniya, İsveç və digər ölkələr qoşulub.

Ə.Nuriyev qeyd edib ki, artıq Açıq hökumətin təşviqi üzrə Azərbaycan Respublikasının Milli Fəaliyyət Planının (2012 – 2014-cü illər) layihəsi hazırlanıb.

Milli Fəaliyyət Planının hazırlanmsı ilə bağlı Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin əməkdaşı Vüsal Hüseynov ətraflı məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq "Açıq Hökumət" Tərəfdaşlığı Təşəbbüsünün mahiyyətində dövlətin yalnız şəffaflıq prinsiplərini rəhbər tutması, ictimai əhəmiyyətli bütün məlumatların açıqlaması deyil, həmçinin dövlətin özünün vətəndaşları qərarların qəbulu ilə bağlı müzakirələrə, qərarların qəbulu  prosesinə fəal cəlb etməsi durur. Azərbaycan hökuməti öz növbəsində bu istiqamətdə əvvəllər görülən işlərin davamı kimi bu təşəbbüsə qoşulmaq qərarına gəlib.

V.Hüseynov qeyd edib ki, "Açıq Hökumət" Tərəfdaşlığı Təşəbbüsünə qoşulan ölkələr öz üzərlərinə Milli Fəaliyyət Planlarının vətəndaş cəmiyyətinin iştirakı ilə hazırlamaq öhdəliyi götürürlər. Bu baxımdan Azərbaycan tərəfinin hazırladığı Milli Fəaliyyət Planının layihəsi müzakirə üzün açıqdır. Vətəndaş cəmiyyəti İnstitutları öz təklif və fikirlərini təqdim edə, daha təkmil sənədin hazırlanmsına töhvə verə bilərlər.

Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə Milli Faəliyyət Planının hazırlanmasında vətəndaş cəmiyyəti institutlarının təkliflərini nəzərə aldığına, bu məsələdə açıq olduğuna görə  Korrupsiyaya Qarşı Mübarizə üzrə  Komissiyaya təşəkkür edib. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının daha geniş spektri bu prosesə cəlb edilməlidir.

Eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin formatının və adının və dəyişdirilməsi və QHT-lərin Antikorrupsiya və Açıq Hökumət Təşəbbüsləri Şəbəkəsi adlandırılması, qurumun sıralarının genişləndirilməsi ilə bağlı addımların atılması qərara alınıb.

Milli Fəaliyyət Planı ilə bağlı müzakirələr yekunlaşdıqdan sonra sənəd vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə gerçəkləşəcək geniş Forumda müzakirə ediləcək. Bundan sonra isə son təkliflər də nəzərə alınmaqla  Milli Fəaliyyət Planı qəbul ediləcək.

Korrupsiyaya Qarşı Mübarizə Aparan QHT-in Məlumat və Əməkdaşlıq Şəbəkəsi 2005-ci ildə  Azərbaycanda korrupsiyanın qarşısının alınması və şəffaflıq istiqamətində fəaliyyət göstərən bir qrup yerli qeyri-hökumət təşkilatlarının səylərini səfərbər etməklə korrupsiyaya qarşı mübarizə aparılması məqsədilə yaradılıb. Hazırda Şəbəkə 23 təşkilatı birləşdirir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza