Modern.az

Bakıdakı Zibil zavodu ilin sonunda istismara veriləcək

Bakıdakı Zibil zavodu ilin sonunda istismara veriləcək

Təhsil

8 May 2012, 09:30

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu həm də alternativ enerji istehsal edəcək

 “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən Modern.az-a verilən məlumata görə, zavodun inşası 2009-cu ildən “Təmiz Şəhər” ASC-yə verilib. Zavodun tam istismara verilməsi isə bu ilin sonuna planlaşdırılır.  İstehsalat gücünə görə həmin zavod Şərqi Avropada və MDB məkanında ən iri bu tipli zavod hesab olunur və zavod dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulur. Zavodun tikinti-quruculuq işləri qrafikə uyğun olaraq davam etdirilir. Belə ki, zavodun birinci yarımstansiyasının tikinti quraşdırılma işləri başa çatıb, yarımstansiyanın bütün avadanlıqları uğurla sınaqdan keçirilib. Eyni zamanda zavodun su soyutma sisteminin və su çənlərinin quraşdırılması, yanğınsöndürmə nasos stansiyasının özül və cilalama işləri yekunlaşdırılır. Polad dam örtüklərinin, zavod binasının fasad örtüklərinin quraşdırılması, iznibati binanın kabel xətlərinin çəkilməsi, boruların quraşdırılması üzrə işlər həyata keçirilir. Hal-hazırda zavodun soyuq sınaq işlərinə start verilib. 2012-ci ilin sonunadək zavodun istismara verilməsi planlaşdırılır və müəssisədə 100-ə yaxın işçi daimi işlə təmin ediləcək.

Qeyd edək ki, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istismara veriləndən sonra ildə 500 min ton bərk məişət tullantısı və 10 min ton tibbi tullantıları utilizasiya etmək gücünə malik olacaq. Zavod alternativ enerji kimi ildə 231,5 mln. kVt/s elektrik enerjisi istehsal edəcək.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində tullantılarının yandırılması zavodunun tikilməsi qərara alınıb. 2009-cu ilin noyabr ayında İlham Əliyev tərəfindən təməli qoyulan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Fransanın “CNİM S.A.” şirkəti ilə imzalanmış müqaviləyə əsasən Balaxanı qəsəbəsində tikilir.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu