Aprel ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra mehmanxana və mehmanxana tipli obyektlər dövlət təsnifatından keçirilib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel ayı ərzində aşağıda adları göstərilən mehmanxana və mehmanxana tipli obyektlər müvafiq dövlət təsnifatından keçirilib və onlara müvafiq ulduz kateqoriyası verilib: “Qaşaltı” sanatoriyası (ünvan: Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi ərazisi) – 5 ulduz, “Museum Inn” mehmanxanası (ünvan: Q. Məhəmməd küç. ev 3, mənzil 1) – 4 ulduz, “Noah’s Ark” mehmanxanası (ünvan: Bakı şəh. 4-cü Kiçik Qala döngəsi13/37) – 2 ulduz.
Modern.az