Modern.az-ın məlumatına görə, Danimarkanın “Eurovision 2012” yarışmasındakı təmsilçisi Soluna Samay mayın 13-də Bakıya gəlir. Müğənni Bakıda bir neçə tarixi ekskursiya da planlaşdırır. Danimarkanın builki Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Soluna Samayı "Bakı Kristal Zalı" səhnəsində bir barabançı, skripkaçı və pianoçu ilə yanaşı, 2 vokalçı da müşaiyət edəcək. Müğənninin bek vokalçılarından biri 25 yaşlı Barbara Molekodur. Mozambikdə dünyaya gələn bu ifaçının özünün də kifayət qədər geniş tamaşaçı auditoriyası var.
Danimarkanın Eurovision Mahnı Müsabiqəsindəki nümayəndə heyəti mayın 13-də Azərbaycana yola düşəcək. Onlar Azərbaycanın tarixi barədə məlumat əldə edə bilmək üçün bir neçə ekskursiya da planlaşdırırlar. Danimarka təmsilçisi səfər ərəfəsində "Should've Known Better" adlı müsabiqə mahnısına yeni klip çəkilişlərinə başlayıb. Solunanın klipdəki əsas "tərəf müqabilləri" Harald adlı at və çox qədim və yaşlı bir ağac olub.
Modern.az