Modern.az

Zəlzələ qurbanları çadırlara köçürülür

Zəlzələ qurbanları çadırlara köçürülür

Təhsil

8 May 2012, 13:41

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dünən Zaqatala rayonunda baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində hadisə bölgəsində fəaliyyət göstərməkdədir. Bu barədə nazirliyin rəsmi internet saytında məlumat yayılıb. Bildirilib ki, 8 may 2012-ci il tarixində səhər saatlarından fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yenidən hadisə zonasına gələrək yerli icra nümayəndələri ilə birgə zəlzələ bölgəsinə təkrar baxış keçirib. Hazırda mütəxəssislərdən ibarət qruplar yerlərdə vəziyyətin öyrənilməsinə başlayıbdır. Yaranmış vəziyyətin nəticələrinin qısa müddətə aradan qaldırılması məqsədi ilə eyni zamanda bölgəyə tikinti şirkətləri cəlb edilib. Tikililərin vəziyyəti qiymətləndirildikcə yaxın 2-3 gün ərzində yeni evlərin tikintisinə və bərpa-gücləndirmə işlərinə başlanacaq. Qeyd edilib ki, hazırda ehtiyacı olanlar üçün 500-ə yaxın çadır qurulub. Təxminən, daha 1000 çadırın qurulması nəzərdə tutulub.

Nazirlikdən verilən məlumata əsasən, Zaqatala, Balakən və Qax rayonlarında Fövqəladə Hallar Nazirliyinin operativ qərargahları yaradılıbdır. Qərargahlara daxil olan müraciətlərə dərhal reaksiya verilir. Müraciət üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya yerlərdə fəaliyyət göstərən qərargahlara zəng etmək olar. Zaqatala rayonundakı qərargah: (012) 512 90 14, 512 90 08, Balakən rayonundakı qərargah: (0119) 5 12 19, Qax rayonundakı qərargah: (0144) 5 41 41.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu