Modern.az

Məşhur “Eurovision 2012” təmsilçiləri Bakıda məşqə çıxırlar

Məşhur “Eurovision 2012” təmsilçiləri Bakıda məşqə çıxırlar

9 May 2012, 09:32

Mayın 13-dən etibarən "Bakı Kristal Zalı"nda “Eurovision 2012” təmsilçilərinin məşqləri başlayacaq. Modern.az müsabiqənin rəsmi saytına istinad edərək xəbər verir ki, həmin gün məşqlər saat 11:00-da başlayacaq. “Bakı Kristal Zalı"nın səhnəsində ilk məşq edən ifaçı Monteneqro təmsilçisi Rambo Amadeus olacaq. Ənənəvi olaraq hər ölkəyə məşqə 40 dəqiqə vaxt verilir. İlk məşq günündə Monteneqrodan əlavə, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiya təmsilçiləri "Bakı Kristal Zalı”nda səhnəyə çıxacaqlar. Hər bir təmsilçi məşqini bitirdikdən sonra onun mətbuat konfransı təşkil olunacaq. Sonuncu məşq 18:10-da başlayacaq.

Sevinc

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza