Modern.az

Milli komandamız FİFA reytinqində irəliləyib

Milli komandamız FİFA reytinqində irəliləyib

9 May 2012, 15:15

FİFA bu gün milli komandaların may ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Modern.az-ın məlumatına görə, milli komandamız ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Aktivində 305 xal olan millimiz 109-cu pillədə qərarlaşıb. DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya milisinə məxsusdur. Priney təmsilçisi 1190 xalla 5-ci pillədəki mövqeyini qoruyub.

Rusiya millisi isə də ötən ayla müqayisədə yerində sayıb. Dik Advokatın komandası 1049 xalla 11-ci pillədə qalıb. Digər rəqibləmizdən İsrail 58-ci (0), Şimali İrlandiya 100-cü (0), Lüksemburq isə 119-ci (0) pillədə qərarlaşıb.

Ümumilikdə isə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1442 xalla 1-ci pillədəki mövqelərini qoruyublar. Almaniya yığması siyahıda 2-ci, Uruqvay millisi isə 3-cü olub.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza