Modern.az

Mehriban Əliyeva açılış mərasimlərində iştirak edib - FOTOLAR

Mehriban Əliyeva açılış mərasimlərində iştirak edib - FOTOLAR

9 May 2012, 22:00

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 9-da Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak edib. (AzərTAc)
Mehriban Əliyeva kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş bu kompleksə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər daxildir. Kompleksdə idman zalları, tədris otaqları, məşq avadanlığı, meydança FİFA-nın standartlarına uyğundur.
Məşqçi otaqlarına, trenajor  və güləş  zallarına  baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, burada ən müasir avadanlıq quraşdırılıb.   

Mayın 9-da Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yay istirahət düşərgəsinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında da iştirak edib.
Mehriban Əliyeva istirahət düşərgəsində yaradılmış şəraitlə yaxından tanış olub. Birinci xanıma bildirilib ki, 120 yerlik dördmərtəbəli düşərgədə uşaqların istirahəti və əyləncəsi üçün yüksək şərait yaradılıb.

Ölkənin birinci xanımının qatıldığı növbəti mərasim Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi–uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

Mərasimdə bildirilib ki, 120 yerlik körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılıb.


Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza