Modern.az

Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir

Təhsil

12 May 2012, 10:38

Ötən gün cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 11-də saat 14:15-dən 14:20-dək və 17:50-dən 18:10-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelər, saat 10:40-dan 10:55-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən saat 23:00-dan 23:20-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 12-də saat 06:05-dən 06:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az  
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza