Modern.az xəbər verir ki,İranın Hörəmdərrəh şəhərində “Xoşbəxt xala” uşaq verilişinin canlı efiri zamanı 3 körpə həyatını itirib. Baş vermiş hadisənin əsas səbəbi kimi 3 min nəfər üçün nəzərdə tutulmuş şou keçirilən idman kompleksinə 4 mindən artıq adamın yerləşdirildiyi göstərilib. Adamların çoxluğundan tapdalanma nəticəsində 3 uşaq həyatını itirib, 6 uşaq ağır xəsarət alıb. Xəsarət alanlardan biri hazırda koma vəziyyətindədir.
Şəhərin başçısı Rəhim Nirpur verilişə cavabdeh olanlardan 3 nəfərin saxlanıldığını bildirib.