Modern.az

İctimai Palata mitinqi təxirə saldı, piket keçirəcək

İctimai Palata mitinqi təxirə saldı, piket keçirəcək

Təhsil

12 May 2012, 14:56

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlının Modern.az-a verdiyi məlumata görə, müxalifət mayın 13-ə təyin etdiyi yürüş-mitinqi təxirə salıb. G.Aslanlı bildirib ki, Koordiyasiya Şurasının birgə verdiyi qərara əsasən İP  mayın 14-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında növbəti dəfə aksiya keçirəcək.

G.Aslanlı qeyd edib ki, aksiyada həbsdə olan Palata üzvlərinin azadlığa buraxılması, «Azad seçki!», «Sərbəst toplaşmaq azadlığı təmin olunsun!» və s. bu kimi şüarlar səsləndirəcək.

Qeyd edək ki, İctimai Palata 13 may mitinqini «İnqilab» kinoteatrının qarşısında keçirmək istəsə də Meriya müxalifətə yenə “20-ci sahə”ni təklif edib.

Anar Rüstəmov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza