Modern.az

“Bakının Birİncisi 2012” başlayır

“Bakının Birİncisi 2012” başlayır

Təhsil

12 May 2012, 15:23

Mayın 12-də “Trend” xəbərlər şirkətinin mətbuat mərkəzində Gənclər Təşkilatları Milli Şurasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi  III Gənclər Festivalı çərçivəsində “Bakının Birİncisi 2012” adlı “Nə? Harada? Nə zaman?”  Gənclərarası intellektual yarışmasının aparıcısı, Rusiyanın ən məşhur oyunçusu, Moskva elitar klubun “büllur bayquş” sahibi İlya Novinkovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, layihənin baş koordinatoru Ayan Bəşirzadənin sözlərinə görə, turnir üçün suallar dünyanın ən yaxşı redaktoru sayılan Konstantin Naumenko tərəfindən təqdim olunub. Baş koordinator onu da bildirib ki, “Bakının Birİncisi 2012” yarışı Beynəlxalq Klublar Assosiasiyasında qeydiyyatdan keçib və lisenziya alıb. Keçən il keçirilən yarışmanın aparıcısı Aleq Muxin olsa da, bu il yarışmanı İlya Novinkov idarə edəcək.
Bu il tədbirdə 30 komanda iştirak edəcək və hər bir komandanın tərkibi 6 nəfərdən ibarət olacaq. Gələcəkdə komandaların sayı 40-45-ə çatdıralacaq. İlk 3 yeri tutan komandaların hər bir üzvünə (18 nəfərə) AGbank tərəfindən “İPad“ təqdim olunacaq. Tədbir sabah saat 12:00-da “Park İnn” otelinin “Dan Ulduzu” zalında keçiriləcək. Yarışmada qonaq qismində dövlət rəsmiləri, deputatlar iştirak edəcəklər.

Qeyd edək ki, “Bakının Birİncisi 2010” adlı “Nə? Harada? Nə zaman?” gənclərarası yarışma 13 fevral 2010, “Bakının Birİncisi 2011” isə 16 aprel 2011-ci ildə keçirilib.



Anar Kəlbiyev
 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza