Modern.az

Prokuror polislə mübahisəyə görə işdən çıxarıldı

Prokuror polislə mübahisəyə görə işdən çıxarıldı

Təhsil

12 May 2012, 18:37

Gəncə şəhər prokurorunun böyük köməkçisi Fuad Həsənov Baş prokuror Zakir Qaralovun əmri ilə prokurorluq orqanlarından xaric olunub. Modern.az saytının məlumatına görə, buna Fuad Həsənovun polislə mübahisə etməsi səbəb olub.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Gəncə şəhər prokurorunun böyük köməkçisi Fuad Həsənov bir neçə gün öncə avtomobilini içkili vəziyyətdə idarə edərkən yol-hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə, Gəncə şəhər Yol Polisi İdarəsinin post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Nizam-intizama dəvət edilməsinə məhəl qoymayan F.Həsənovun yol polislərilə ciddi mübahisə etdiyi bildirlir. Bundan sonra onun davranışları barədə daha yuxarı orqanlara məruzə olunub.

Nəticədə məsələyə Baş Prokurorluq səviyyəsində münasibət bildirilib. Baş prokurun müvafiq əmrilə F.Həsənovu vəzifəsinən kənarlaşdırıb, prokurorluq orqanlarından xaric ediblər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza