Mayın 12-də dünyanın futbol azarkeşlərinin diqqəti İstanbuldakı «Şükrü Saracoğlu» stadionuna yönəlmişdi. Bu da səbəbsiz deyildi, iki əzəli rəqib – “Fənərbaxça” və “Qalatasaray” arasında keçirilən super oyunun yekununda Türkiyə çempionunu məlum olacaqdı.
Bakı vaxtilə saat 21:00-da başlayan matç heç-heçə bitəcəyi təqdirdə çempionluğu “Qalatasaray” bayram edəcəkdi, “Fənərbaxça”nın isə bir yolu vardı - ancaq qalib gəlmək.
90 dəqiqə ərzində nəfəsləri kəsən oyunda hesab açılmadı və “sarı-qırmızılı” “Cim-Bom” Türkiyə çempionluğunu bayram etdi...
Modern.az Türkiyə mediasına istinadən bildirir ki, çempionluq matçının ardından böyük kədər yaşayan "Fənərbaxça"lı tərəfdarlar ilə təhlükəsizlik gücləri arasında xoşagəlməz hadisə yaşandı.
"Qalatasaray"ın meydandan çıxmasının ardından böyük azarkeş kütləsi tribunalardan sahəyə axışıb. Əllərindəki yad əşyaları və qırdıqları kresloları polisin üzərinə atan tərəfdarlara sərt reaksiya vermək istəməyən təhlükəsizlik qüvvələri gözyaşardlcl qazdan istifadə etməli olub.
Modern.az