Modern.az

Minsk Qrupunun həmsədrləri Bakıya gəlib

Minsk Qrupunun həmsədrləri Bakıya gəlib

Təhsil

13 May 2012, 17:45

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak Faure (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfərləri çərçivəsində mayın 13-də Azərbaycana gəliblər. 
Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Robert Bradtke Bakıdakı beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, budəfəki səfərdə məqsəd Londonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Varşavada isə Edvard Nalbandyanla müzakirə olunan məsələlər ətrafında diskussiyanı davam etdirməkdir.

O qeyd edib ki, bu görüşlərdə Azərbaycan,Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə verdikləri birgə bəyanatın elementlərinin yerinə yetirilməsi müzakirə olunub.

Həmsədrlər mayın 12-də İrəvanda prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Mayın 14-də isə onların Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Həməsdrlərin səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəkləri gözlənilir. Səfərin sonunda həmsədrlər birgə bəyanatla çıxış edəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza