Modern.az

TQDK tələbələrin imtahan nəticələrini açıqlayıb

TQDK tələbələrin imtahan nəticələrini açıqlayıb

Təhsil

13 May 2012, 20:22
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin I mərhələsi olan test imtahanının nəticələri açıqlanıb. Nəticələr TQDK-nın rəsmi internet saytında yerləşdirilib. (//www.tqdk.gov.az/SOCAR.htm) İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Modern.az     

                                      
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza