AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, Zaqatala rayonunda növbəti dəfə zəlzələ olub. Yeraltı təkan mayın 13-də yerli vaxtla saat 22:04-də Zaqatala rayonundan 14 km cənubda qeydə alınıb. Qeyd edək ki, zəlzələ 10 km dərnlikdə və 3.30 bal gücündə hiss olunub.
Modern.az