Modern.az-ın məlumatına görə, dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Gənclər və idman Nazirliyi ilə birlikdə III Gənclər Festivalı çərçivəsində “Bakının Birİncisi 2012” adlı “Nə? Harada? Nə Zaman?” gənclərarası intellektual yarışmasını keçirib. Yarışda 180 nəfər 30 komandanın tərkibində mübarizə aparıb.
Qaliblər diplomla və “AG Bank” tərəfindən qiymətli hədiyyələrlə təltif olunub. Tədbirdə millət vəkilləri, rəsmi şəxslər və digər dəvətli qonaqlar iştirak edib. Tədbirin açılışında iştirak edən millət vəkili Fuad Muradov bildirib ki, bu cür festivalların keçirilməsi gənclərimizin intellektual cəhətdən inkişafı üçün çox əhəmiyyətlidir. Millət vəkili sağlam və bilikli gənc nəslin yetişməsi ölkəmizin inkişafı üçün çox vacibdir. Millət vəkili Sevinc Hüseynova da bu cür yarışmaların keçirilməsini çox vacib amil kimi vurğulayıb. Qeyd edib ki, gənclərin məhz asudə vaxtlarını bu cür keçirməsi onların cəmiyyətə inteqrasiyası üçün bir vasitədir.
Yarışmanın aparıcısı, Rusiyanın ən məşhur və sevimli oyunçusu, Moskva elitar klubun “Büllur bayquş” mükafatının sahibi İlya Novikov olub. Turnir üçün suallar dünyanın ən yaxşı redaktoru sayılan Konstantin Naumenko tərəfindən təqdim olunub. Gərgin keçən mübarizə şəraitində 30 komanda arasından “Everest” komandası qalib çıxaraq yarışmanın kubokuna sahib olub. Müvafiq olaraq 2-ci və 3-cü yerləri “Unknowns” və “Victis” komandaları bölüşdürüb. Qaliblərə diplomlar və yarışmanın sponsoru olan AG Bank tərəfindən qiymətli hədiyyələr təqdim edilib. Bildirək ki, “Bakının Birİncisi 2012” Beynəlxalq Klublar Assosiasiyasında qeydiyyatdan keçib və lisenziya alıb.
Xatırladaq ki, “Bakının Birİncisi 2010” adlı “Nə? Harada? Nə Zaman?” gənclərarası yarışma 13 fevralın 2010-cu ildə, “Bakının Birİncisi 2011” isə 16 aprel 2011-ci ildə keçirilib.
|
|
|
|
|