Modern.az

İctimai Palata mitinq və piket keçirəcək

İctimai Palata mitinq və piket keçirəcək

14 May 2012, 18:09

 

 

 

 

 

 

 

 

 

 

 

İctimai Palatanın Koordinasiya Şurası mayın 19-da növbəti dəfə kütləvi aksiya keçirmək bəradə qərar qəbul edib. Bu barədə Modern.az-a Müsavat partiyasından məlumat verilib.

Bildirilib ki, müxalifət qüvvələri mayın 19-da mitinq, ayın 20-də isə piket keçirməyi planlaşdırır. İctimai Palata mitinqlə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Qeyd edilib ki, 19 may mitinqinin saat 16.00-dan 18.00-a qədər Binəqədi rayonu 7-ci mikrorayonda keçmiş “İnqilab” kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısında keçirilməsi nəzərdə tutulur. İctimai Palata həmçinin mayın 20-də isə Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşsında piket keçirməklə bağlı qərar qəbul edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza