Modern.az

Sabah 30 dərəcə isti olacaq- PROQNOZ

Sabah 30 dərəcə isti olacaq- PROQNOZ

15 May 2012, 13:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. 5-10 m/san sürətilə əsən qərb küləyi, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq.

Yaxın 2 gündə ölkə ərazisində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza