Modern.az

Uşaqlar üçün yeni yay düşərgələri salınacaq

Uşaqlar üçün yeni yay düşərgələri salınacaq

15 May 2012, 16:02

Modern.az saytının məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi bu yay uşaqar üçün yeni düşərgələrin təşkilinə başlayacaq.

Milli Məclisdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilən “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu il bir neçə regionda “Vətənpərvərlik” mövzusunda ekskursiylar təşkil olunacaq. İ.Babayevin sözlərinə görə, keçiriləcək tədbirlərin əsas məqsədi bir regionun uşaqlarının başqa bir regionda düşərgələrdə yerləşdirilərək Azərbaycanı daha yaxşı tanımasına nail olmaqdır.

Nazir müavini həmçinin qeyd edib ki, yaxın illərdə ölkədə 15 gənclər evi inşa olunacaq ki, onlardan beşi Bakıda yaradılacaq: “Həmin evlər gənclər üçün nəzərdə tutulsa da uşaqlar üçün də kompüter, dil biliklərini inkişaf etdirmək üçün şərait yaradılacaq”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə tədbirdə bildirib ki, Azərbaycanda uşaqların asudə vaxtının təşkil olunması istiqamətində qanunvericilikdə bir sıra təkmilləşmələr aparılıb
Rəcəbli uşaqların idman qurğularından pulsuz istifadə etməsi, həmçinin əlil və kimsəsiz uşaqlara verilən imtiyazlardan danışıb.
 
”2012-2015 Avropa Şurası nazirlər komitəsi uçaq hüquqları ilə bağlı strategiya qəbul edib. Bu 47 üzv ölkə tərəfindən qəbul olunaraq icrası həyata keçiriləcək”-deyə deputat bildirib.

        

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza