Modern.az

Ölmüş mal-qara ətini satan şəxs saxlanılıb - FOTO

Ölmüş mal-qara ətini satan şəxs saxlanılıb - FOTO

16 May 2012, 15:51


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları “QAZel” markalı yük avtomobilində ölmüş iribuynuzlu mal-qara aşkarlayıb. Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Yaqub İsmayılovun Modern.az-a verdiyi məlumata görə, mayın 15-də rayon ərazisində şübhəli maşın saxlanılıb. Maşına baxış zamanı səkkiz ədəd ölmüş iribuynuzlu mal –qara aşkar olunub. Saxlanıldığı zaman sürücü, Bərdə rayonu Hacallı kənd sakini Taleh Məhərrəmov özünə məxsus mal cəsədlərini yandırmağa apardığını iddia edib. Onun ilkin ifadəsinə görə, şəxsi təsərrüfatında olan mal-qaranı gənə əleyhinə “Neosidol” markalı preparatla dərmanlayıb, amma 8 baş iribuynuzlu heyvan zəhərlənərək ölüb. İstintaq bölməsinin rəisi Yaqub İsmayılov bilidirb ki, ölmüş heyvanlardan nümunələr götürülərək, Bərdə Baytarlıq Laboratoriyasına verilib. Ekspertizanın rəyinə əsasən müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, əvvəllərdə rayon ərazisində ölmüş mal-qara alverilə məşğul olan bir neçə adamlar polis tərəfindən saxlanılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza