Modern.az

Türkiyə səfirinin xanımına Bakıda Sara Xatun mükafatı veriləcək

Türkiyə səfirinin xanımına Bakıda Sara Xatun mükafatı veriləcək

Təhsil

19 May 2012, 18:15


Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıçın diplomatik missiyası başa çatıb.  Öz missiyasını layiqincə yerinə yetirən səfir Hülusi Kılıçın xanımı Günay Kılıc da  ölkəmizin ictimai həyatında, xüsusilə qadın təşkilatlarının fəaliyyətində yaxından iştirak edib.

O, Azərbaycan-Türkiyə qadın təşkilatları arasında əlaqələrin, iş birliyinin və əməkdaşlığın inkişafına böyük töhfələr verib.
Xanım Günay Kılıc həmçinin Bakıda və Azərbaycanın müxtəlif bölgələrində xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub.   Elə bu səbəbdən də qadın təşkilatlarının arzularını nəzərə alaraq, Günay Kılıc “Lider Qadınlar” və “Universitet Təhsilli Qadınlar” İctimai birlikləri tərəfindən təsis olunmuş Sara Xatun mükafatına və xüsusi Diploma layiq görülüb.
Modern.az-ın məlumatına görə, təsisçilər bildiriblər ki, bu mükafat gələcəkdə ildə bir dəfə olmaqla Azərbaycan-Türkiyə qadın təşkilatları, eləcə də türkdilli ölkələrin qadınları arasında əlaqələrin qurulmasında xüsusi xidmətləri olan şəxslərə veriləcək. Mükafatın təqdimat mərasimi mayın 21-də saat 16:00-da Azərbaycan Universitetinin yeni binasında keçiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza