Modern.az

"Çelsi" Çempionlar Liqasının qalibi oldu

"Çelsi" Çempionlar Liqasının qalibi oldu

Təhsil

20 May 2012, 02:50

Modern.az xəbər verir ki, bu gün Avropanın ən nüfuzlu turniri olan UEFA Çempionlar Liqasının (ÇL) növbəti final oyunu keçirilib. Mövsümün yekun matçında Almaniyanın “Bavariya” klubu ilə üz-üzə gələn “Çelsi” tarixində ilə dəfə mötəbər turnirin qalibi oldu. Dünyada futbol serəvlərin maraqla izlədiyi matçda ilk yarıda qol vulmasa da alman klubu 83 dəqiqədə hesabı Tomas Müllerin dəqiq zərbəsi ilə açdı. Hesabda geri düşən zadəganlar az keçmədi ki, Didye Droqbanın 89-cu dəqiqədə vurduğu möhtəşəm qolla oyuna tarazlıq gətirdi. 90 dəqiqədə qalib müəyyənləşmədiyindən əlavə artırmalar oynanıldı. Oyunun son dəqiqələrində  Ariyen Ruben penalti zərbəsi ilə çex qapıçını ram edə bilmədi. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından penaltilər tətbiq edildi. Nəhayət ki, vurulan 11 metrlik zərbələr nəticəsində (4:3 hesabı ilə) avropanın ən güclüsü tituluna futbol komandası İngiltərə təmsilçisi "Çelsi" sahib oldu.

Qeyd edək ki, "Çelsi" tarixində ilk dəfədir ki, Çempionlar Liqasının qalibi oldu.

Anar RÜSTƏMOV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza