ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin son dövrlərdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan-Sloveniya əlaqələrinin iqtisadi, xüsusilə də enerji, sərmayə qoyuluşu sahələrində və müxtəlif layihələrdə birgə iştirakı baxımından əhəmiyyəti qeyd edilib.Tərəflər ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində daha da genişlənməsinin yaxşı potensialı olduğunu vurğulayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a rəsmi səfəri çərçivəsində Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirildi və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Modern.az