Modern.az

Nar Mobile-dən abunəçilərinə şad xəbər

Nar Mobile-dən abunəçilərinə şad xəbər

Təhsil

21 May 2012, 09:50

Nar Mobile iki gün öncə şəbəkəsində baş vermiş qəza nəticəsində yaranan texniki problemləri tamamilə həll edib. Şirkət  öz  abunəçilərinə, bütün çətinlik və problemlərə  baxmayaraq nümayiş etdirdikləri anlayışa görə dərin minnətdarlığını bildirir.

Şirkətdən Modern.az-a bildirlib ki, baş vermiş texniki qəzanın nəticələrinin aradan qaldırılması məqsədi ilə Nar Mobile-ın işçi heyəti bütün gecə hadisə yerində çalışıb və qəzanın nəticələri tam  olaraq aradan qaldırılıb. Hazırda dayanıqlı mobil rabitə tam təmin olunub.  “Hər zaman öz abunəçilərinə keyfiyyətli xidmət göstərən Nar Mobile ötən gün şəbəkəsində baş vermiş gözlənilməz qəza nəticəsində texniki problemlə qarşılaşıb. Qəza nəticəsində şəbəkəmizdə kəsintilər baş vermiş və problemlər yaşanmışdır. Qəzanın nəticələrini aradan qaldırmaq üçün peşəkar işçi heyətimiz dərhal işə müdaxilə etmiş və abunəçilərimiz KİV-lər vasitəsi ilə xəbərdar edilmişdir. Baş vermiş qəza ilə əlaqədar olaraq, mən ilk öncə Nar Mobile abunəçilərinə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, yaranmış problemlərə baxmayaraq, çətin anda belə bizə sadiq qalaraq, dözümlülük nümayiş etdirmişdirlər. Abunəçilərimizin dəstəyini dəyərləndirərək, yaşanmış narahatçılığın qarşılığında öz tərəfimizdən maraqlı təkliflər hazırlamışıq” – deyə Azerfon telekommunikasiya şirkətinin Baş Direktoru Yurgen Pitz bildirib. Nar Mobile abunəçilərini sevindirmək üçün, hər bir abunəçisinin son 1 ay ərzində istifadə etdiyi ölkədaxili 1 günlük ortalama danışıq vaxtını balansına hədiyyə olaraq yükləyəcək. Bu balansı abunəçi 1 həftə ərzində istifadə edə biləcək. Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini “3G” texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza