Modern.az

Bakıda “Rusiya gecəsi” keçirilib-FOTOLAR

Bakıda “Rusiya gecəsi” keçirilib-FOTOLAR

Təhsil

21 May 2012, 10:06

Xəzər sahilində "Rusiya gecəsi" keçirilib. “Eurovision” Mahnı Müsabiqəsi 2012-də iştirak edən Rusiya nümayəndə heyəti Abşeron çimərliyində maraqlı gecə keçirib. Gecənin əsas qəhrəmanları "Buranovskiye babuşki" yenə də hər kəsin marağında idi. Müğənni nənələr nəinki sevimli hitlərini, hətta bir neçə məşhur mahnını da öz dillərində ifa edib. Nənələrin udmurt dilində ifa etdikləri "Şən Azərbaycan" mahnısı da tamaşaçıların marağına səbəb olub. Qrup bu dəfə səhnəyə tam tərkibdə - 8 nəfərlə  çıxıb.

Gecənin qonaqları sırasında olan bəstəkar-müğənni  Emin Ağalarov və Rusiyanın xalq artisti Oleq Qazmanov da tamaşaçılara öz mahnılarını təqdim ediblər.

 

 

 

 

 

Modern.az        

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza