Modern.az

Rusiya ali məktəblərinə qəbul olanların sayı açıqlandı

Rusiya ali məktəblərinə qəbul olanların sayı açıqlandı

21 May 2012, 11:04

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən  məlumata görə, mayın 19-da Rusiya Federasiyasının ali təhsil müəssisələrinə müsabiqənin ikinci mərhələsi keçirilib.

Bu mərhələdə test imtahanında ixtisas qurupları üzrə müvafiq müsabiqə şərtini yerinə yetirən abituriyentlər təqdim olunan mövzu üzrə yazı işi yerinə yetirib, daha sonra müsahibədə iştirak ediblər.

Müsahibə TQDK sədrinin müavini Namiq Babayevin rəhbərliyi ilə aparılıbdır.

Müsabiqənin yekunlarına əsasən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) 3 nəfər, Rusiya Federasiyasının digər ali təhsil müəssisələrinin I qrup ixtisasları üzrə 4 nəfər , II qrup üzrə 5 nəfər, III qrup üzrə 5 nəfər, IV qrup üzrə 6 nəfər qəbul olunub.

Qəbul olunanların sənədləri Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza