Modern.az

Əli Həsənov: “Ölkəmizə gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”

Əli Həsənov: “Ölkəmizə gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”

Təhsil

21 May 2012, 12:49

 “Azərbaycan dövləti Bakıya gəlmiş bütün qonaqların təhlükəsizliyinə tam təminat verir. “Eurovison-2012” mahnı müsabiqəsi ərəfəsində bəzi radikal dini çağırış və təhdidlər olsa da Azərbaycan hökuməti təhlükəsizlik istiqamətində bütün tədbirləri görüb”.

Modern.az-ın məlumatına görə, fikirləri "Eurovision 2012"-yə həsr olunmuş mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov müsabiqə ərəfəsində təhlükəsiz tədbirlərinin yüksək səviyyədə görüldüyünü vurğulayıb:

"Azərbaycan hakimiyyəti ölkənin ictimai-siyasi təhlükəsizliyi ilə bağlı bütün qabaqlayıcı tədbirləri görüb. Biz bunu yalnız "Eurovision" üçün deyil, il boyu öz vətəndaşlarımızı qorumaq üçün görürük, lakin "Eurovision" mahnı yarışması zamanı xüsusi gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Bütün müvafiq qurumlar, bütün nəqliyyat infrastrukturu tam hazır vəziyyətə gətirilib və yarışmanın başlamasına hazırdır."

 PA-nın şöbə müdiri açıqlamasında ölkəmizə 20 minə yaxın turistin gəldiyini bildirib. “Azərbaycan bu günlərdə mühüm və əlamətdar hadisəyə ev sahibliyi edir. Ölkəmizə 20 minə yaxın qonaq gəlib. Onların sayı artacaq. Ölkəmizə gələnlər arasında mahnı müsabiqəsinə tamaşa etmək istəyən turistlər yarışmanı işıqlandırmağa gələn KİV nümayəndələri və s. var”-deyə Ə.Həsənov əlavə edib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza