Modern.az

İctimai Palatanın piketi dağıdıldı

İctimai Palatanın piketi dağıdıldı

21 May 2012, 13:26

İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında növbəti dəfə piket keçirir. Müxalifət qüvvələri 19 may mitinqinin “İnqilab” kinoteatrı qarşısında keçirilməsinə icazə verilməməsini əsas gətirərək bu dəfə də meriyanın qarşısında toplaşaraq öz etirazlarını bildirirlər. Piketi dağıtmağa çalışan  polis əməkdaşları ilə iştirakçılar arasında mübahisə yaranıb, bir neçə nəfərin saxlandığı bildirilir.  Piket iştirakçıları polislərin müdaxiləsinə baxmayaraq, müxtəlif şüarları səsləndirərək etiraz edirlər. Hazırda piketin Sabir bağı yanında davam etdiyi bildirilir.

****

İctimai Palata üzvlərinin keçirdiyi piket mülki geyimli polis əməkdaşları tərəfindən dağıdılıb.

Anar RÜSTƏMOV  
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza