Modern.az

Azərbaycanlı iş adamı Bodrumda otel tikdirəcək

Azərbaycanlı iş adamı Bodrumda otel tikdirəcək

Təhsil

21 May 2012, 17:47

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı iş adamı İsgəndər Xəlilovin rəhbərlik etdiyi “İSR” Şirkətlər Qrupu Bodrumda yeni otel tikdirəcək.

Bu barədə məlumat verən “İSR” Şirkətlər Qrupunun vitse-prezidenti Zafer Tangil yeni otelin Azərbaycan vətəndaşları üçün də böyük bir fürsət olacağını deyib.

Qeyd edək ki, “İSR” Şirkətlər Qrupu daha əvvəl Türkiyənin Bodrum şəhərinin Türkbükü rayonunda 120 milyon dollara yenilədiyi turizm mərkəzini “Hilton Bodrum” olaraq istifadəyə verib. Türkiyə Böyük Millət Məclisinin bu il mayın 2-də qəbul etdiyi qanuna əsasən, xarici vətəndaşlar Türkiyə torpaqları üzərində mülk sahibi ola bilərlər.

Xatırladaq ki, “İSR” Şirkətlər Qrupu 1995-ci ildə tanınmış iş adamı İsgəndər Xəlilov tərəfindən qurulub. Şirkətin Azərbaycan, İsveçrə, Rusiya və Türkiyədə ofisləri var.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza