Modern.az

İctimai Palata bulvarda aksiya keçirəcək

İctimai Palata bulvarda aksiya keçirəcək

21 May 2012, 18:04

Müxalifət qüvvələrinin toplaşdığı İctimai Palata Bakı bulvarında yürüş-mitinq keçirməklə bağlı qərar qəbul edib. Bu barədə Modern.az-a Müsavat Partiyasından məlumat verilib. Bildirilib ki, İctimai Palata  mayın 25-də Dənizkənarı Milli Parkda dinc yürüş keçirəcək. Yürüş-aksiyada müxalifət liderlərinin də iştirak edəcəkləri gözlənilir. Aksiyada əsas məqsəd müxalifət nümayəndələrinin etiraz səsini bulvarda istirahət edən yerli və xarici turistlərin diqqətinə çatdırmaqdır.

Qeyd edək ki, bu gün İctimai Palata nümayəndələri Bakı şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz piket keçirib.

Anar RÜSTƏMOV

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza